Xaricdən aldığımız ətin kiloqramına 2,79 dollar ödəyirik

 

2023-cü ildə Azərbaycana 41 min 707 ton ət idxal edilib. 

Bu həcmdə ətin idxal dəyəri 86 milyon 738 min ABŞ dolları olub. 

Bu, həcm baxımından 2022-ci illə müqayisədə 2 min 866 ton (6,4%) az, dəyər baxımından isə da 2 milyon 474 min ABŞ dolları (2,9 %) çoxdur. 
2022-ci ildə ölkəyə 44 min 573 ton miqdarında, 84 milyon 263 min ABŞ dolları dəyərində ət idxal edilib.

Ötən il idxal olunan ətin bir tonu üçün 2 min 79 ABŞ dolları ödənilib. Bu da, 2022-ci illə müqayisədə 10% yaxud da 189 ABŞ dolları çoxdur. 
Yəni keçən il ölkəyə gətirilən ətin bir kiloqramı 2.079 ABŞ dolları olub.

Qeyd edək ki, 2023-cü ildə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5 %-ini təşkil edib.

©Valyuta.az

0.16371822357178