ABŞ-də atışma: ölənlər var

 

Amerikanın Meriland ştatının Baltimor şəhərində atışma nəticəsində azı üç nəfər ölüb.

Ölkə.Az "Fox News"a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat verib.

Qeyd olunur ki, polis  atışma baş verən yerə hadisədən sonra çatıb. 

Hadisə yerində güllə yaraları olan üç nəfərin meyitini aşkar ediblər. 

Daha bir nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Polis şübhəli şəxsin tutulduğunu açıqlamasa da, hadisə ilə bağlı istintaq başlandığını bildirib.

"The Washington Post"un yazdığına görə, 2023-cü ildə ABŞ-də silahlı atışma nəticəsində 38 nəfər ölüb ki, bu da 2006-ci ildən sonrakı dövr üçün rekord göstəricidir. Bildirilir ki, təkcə son 5 ildə 
ABŞ-də məktəblərdə odlu silahdan istifadə ilə bağlı 1050-yə yaxın hadisə  qeydə alınıb ki, bu da son 50 ildə digər analoji dövrlərin statistik göstəricilərini xeyli üstələyir.

Mürtəza
Ölkə.Az

0.15694689750671