Pakistan səfirini İrandan geri çağırıb

 

Pakistan İrandakı səfirini geri çağırıb.

“Ölkə.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb.

0.12139201164246