Türkiyə Tıcarət Nazirliyi İsrail və İraqı hədəf bazarlar siyahısından çıxarıb.

 

“Türkiyənin Ticarət Nazirliyi İsrail və İraqı hədəf bazarlar siyahısından çıxarıb. Ümumilikdə beş dövlət siyahıdan çıxarılsa da, daha doqquz ölkə bu siyahıya daxil edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.

Türkiyə Ticarət Nazirliyinin siyahısı “İxrac üçün hədəf ölkələrin siyahısı” adlanır. Bu siyahı ticarətə əlavə dəstək vermək üçün hər il tərtib edilir.

“2023-cü il oktyabrın 7-dən dekabrın 31-dək Türkiyə limanlarından İsrailə 701 gəmi gedib. Bu, gündə orta hesabla 8 gəmi deməkdir”, – Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu daha əvvəl bildirmişdi.

İndi departament rəsmiləri Türkiyə Ticarət Nazirliyinin razılaşdırdığı siyahını Xarici İqtisadi Əlaqələr Şurasının Baş Katibliyinə, Türkiyə İxrac Kredit Bankına və Türkiyə Palatalar və Birjalar Birliyinin Baş Katibliyinə göndərəcək.

İsrail və İraqla yanaşı, Mozambik və Konqo da siyahıdan çıxarılıb. Ankaranın 2024-cü ildə ixrac hədəflərinin yekun siyahısı belədir – Anqola, Almaniya, Avstraliya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Banqladeş, Bəhreyn, BƏƏ, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Əlcəzair, Çexiya, Çin, İndoneziya , Efiopiya, Ekvador, Mərakeş, Fransa, Fil Dişi Sahili, Filippin, Qana, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İtaliya, İspaniya, Yaponiya, Kamboca, Kanada, Qətər, Kolumbiya, Keniya, Küveyt, Malayziya, Liviya, Meksika, Misir, Nigeriya, Özbəkistan, Pakistan, Paraqvay, Peru, Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, Seneqal, Səudiyyə Ərəbistanı, Çili, Tayland, Tanzaniya, Tunis, Oman, İordaniya, Venesuela və Vyetnam.

0.19731521606445