Ermənistan zəmanəti olmayan bir dövlətdir - Sabiq prezident

 

Ermənistan güclü lobbiçiliyə malik olsa da, təəssüf ki, onun imkanlarından faydalanıb   digər uğur qazanan kiçik ölkələr kimi güclü iqtisadiyyat qura bilmədi.

Bunu Ermənistanın sabiq prezidenti Armen Sərkisyan deyib.

"Lakin Ermənistan bu qədər təsirli iqtisadi gücə nail ola bilməyib, diaspora imkanlarından maksimum istifadə edib qlobal bir dövlət olmaqla öz modelini yarada bilməyib. Ona görə də, sadəcə olaraq, Ermənistan hələ ki uğurlu zəmanəti olmayan bir dövlətdir". 

Uğurlar əldə edən kiçik ölkələrin uğur modeli haqqında mövqeyini açıqlayan Armen Sərkisyan deyib ki, bunun əsas səbəbi həmin ölkələrin əsas problemləri görüb öz zəifliklərini müəyyən edib gələcəyə sərmayə qoymalarıdır.

Armen Sarkisyanın sözlərinə görə, burada əsas komponentlərə həm də güclü şəxsiyyət, milli missiya, strateji məqsəd və effektiv idarəetmə daxildir. O əmindir ki, bütün bunlar mövcud olsa, kiçik dövlətlər ənənəvi böyük dövlətlərdən daha ağıllı üsullarla XXI əsrin mürəkkəb çağırışlarının öhdəsindən gələ bilərlər.

 

 

0.26796698570251