“Sabah” – “Qarabağ” oyununun vaxtı bilindi

 

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Ölkə.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar yanvarın 30-31-də keçiriləcək.

İki günü əhatə edəcək raundun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

30 yanvar (çərşənbə axşamı)

15:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”

0.19993996620178