Yəmən: Britaniya və ABŞ ağır bədəl ödəyəcək

 

London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır. 

Ölkə.Az xəbər verir ki, bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi deyib.

“Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, bu hücumlar cavabsız qalmayacaq. London və Vaşinqton bunun ağır bədəlini ödəməyə hazır olmalıdırlar”, - Livanın “Al Mayadeen” telekanalı onun sözlərini sitat gətirib.

Mürtəza
Ölkə.Az

0.18051218986511