“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib.

Klubdan verilən məlumata görə, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq.

Yanvarın 13-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.

 

0.16650605201721