Acun "Liverpul"un ulduzunu transfer etdi - FOTO

 

Acun Ilıcalının sahib olduğu "Hull City" İngiltərə nəhəngi "Liverpul"da çıxış edən gənc ulduz Fabio Karvalyo ilə transfer üçün razılığa gəlib.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə özü məlumat verib.

“Heyətimizə bizi hədəflərimizə aparacaq mükəmməl bir ad daha əlavə etdik. Transfer prosesi çox çətin oldu. Lakin 15-dən çox təklif alan Fabio bizi seçdi. Çox xoşbəxtik. Biz bunu bacardıq”, - o bildirib.

21 yaşlı futbolçu tezliklə sağlamlıq müayinəsindən keçəcək.

Xatırladaq ki, Fabio Karvalyo mövsümün ilk yarısını icarə əsasında “RB Leipzig”də keçirib.

Günay

1.0397210121155