"Qarabağ" "Bavariya" və "Yuventus"un sabiq üzvünü transfer edir? - RƏSMİ AÇIQLAMA

 

Ölkə futbolunda qış fasiləsidir. 

Klublarımız Premyer Liqanın ikinci yarısına hazırlaşırlar. Artıq bütün komandalar toplanışa başlayıblar. Hətta heyətini gücləndirən kollektivlər də var. Düzdür, rəsmi olaraq transfer dövrü başlamayıb. Amma indidən bütün klublarımızın maraqlandığı, hətta müqavilə imzaladığı oyunçular var. "Transfer pəncərəsi" dövründə çoxlu şayilər, düzgün olmayan xəbərlər yayılır. Təəssüflər olsun ki, ölkənin oxucu kütləsi sosial şəbəkələrdə yayılan yalan informasiyalara inanırlar. Futbolun Azərbaycan seqmentində də belə hadisələrə tez-tez rast gəlirik. Ən çox da köklü və güclü klublarımızla bağlı transfer xəbərləri əsası olanmayan instaqram, feysbuk, tik-tok kimi sosial şəbəkələrdə tirajlanır. 

Dünən də oxucu kütləsinin marağına və həyacanlamasına səbəb olan informasiya yayılıb. Sən demə, "Qarabağ" Duqlas Kosta ilə maraqlanırmış. Menecerlər oyunçunu Ağdam təmsilçisinə təklif edib. 33 yaşlı braziliyalı hazırda azad agentdir. Məhz bu səbəbdən də "köhlən atlar" vingeri heyətinə qatmaq istəyir. Məsələni dəqiqləşdirmək üçün klubun mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. "Qarabağ" rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Hazırda transfer prosesləri baş verir. Komandalar futbolçular alır və satırlar. Məhz bu səbəbdən də mediada və sosial şəbəkələrdə kifayət qədər dedi-qodular, şayilər gəzir. Duqlas Kosta ilə bağlı yayılan informasiyanın həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu məsələyə başqa şərh verə bilmərəm".


Qeyd edək ki, Duqlas Kosta karyerası ərzində "Şaxtyor", "Bavariya", "Yuventus" kimi klublarda çıxış edib. Braziliyalı ümumilikdə 512 oyunda meydana çıxıb. Bu görüşlərdə 76 qol vurub, 107 məhsuldar ötürmə edib. 

0.33882594108582