"Qalatasaray" Türkiyə Superliqasında bu mövsüm doğma meydanda xal itirməyən yeganə komandadır.
Demokratikmusavat.com xəbər verir ki, İstanbul təmsilçisi “RAMS Park”da keçirdiyi 9 oyunun hamısında meydanı 3 xalla tərk edib.
“Sarı-qırmızılılar” uğurlu seriyanı XIX tur çərçivəsində ötən gün “Konyaspor”a 3:0 hesabı ilə qalib gəldikləri matçda da davam etdiriblər.
Qeyd edək ki, “Qalatasaray” hazırda 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Cim-Bom” lider “Fənərbağça” ilə eyni xala malik olsa da, qol nisbətinə görə əzəli rəqibindən geri qalır.