İngiltərə Premyer Liqasında gəlir əldə etməyən klubların SİYAHISI

 

Britaniyanın “LondonWorld” nəşri son üç mövsümün açıq hesabatı əsasında Premyer Liqa klublarının maliyyə səmərəliliyinin reytinqini tərtib edib. Bu müddət ərzində mənfi balans göstərən komandaların siyahısında 15 klub yer alıb.

İngiltərə çempionatının yüksək divizionunda ən çox zərər gətirən klub əvvəllər maliyyə pozuntularına görə Premyer Liqa turnir cədvəlində 10 xalı silinmiş “Everton” olub.

Premyer Liqada son üç mövsümdə gəlir əldə etməyən klubların tam siyahısı belədir (zərər, funt sterlinqlə):

1. “Everton” -  520,4 milyon;

2. “Çelsi” -  409 milyon;

3. “Aston Villa”  - 306,6 milyon;

4. “Mançester Yunayted” - 302,3 milyon;

5. “Fulhem” - 197,5 milyon;

6. “Brayton” - 160,4 milyon;

7. “Kristal Palas” - 157,9 milyon;
8. “Vulverhempton” - 152,2 milyon;

9. “Arsenal” - 115,4 milyon;

10. “Bornmut” - 98,6 milyon;

11. “Nottingem Forest” - 77 milyon;

12. “Brentford” - 38,4 milyon;

13. “Nyukasl Yunayted” - 19,3 milyon;

14. “Luton Toun” -  4,8 milyon;

15. “Mançester Siti” - 0,5 milyon.

0.27781295776367