“Zirə” klubu heyətinə yeni futbolçu qatıb.
Paytaxt təmsilçisindən "Ölkə.az"a verilən məlumata görə, Rafael Utziqlə 1,5+1 illik müqavilə bağlanıb.
27 yaşlı hücumu daha əvvəl Azərbaycanda “Qəbələ” klubunda çıxış edib. Braziliyalı karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Utziqin son komandası Cənubi Koreya “Sunqnam Asan”ı olub.