Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"

 

PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı Lionel Messinin Paris klubunda lazımi səviyyədə qiymətləndirilmədiyini düşünür.

"Ölkə.az" xəbər verir ki, Fransa millisinin üzvü bunu "Goal"a açıqlamasında bildirib.

"Messi bütün təriflərə layiqdir. Amma əslində Fransada layiq olduğu hörməti görmədi", - Mbappe deyib.

Lionel Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. O, Paris klubunun heyətində 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib. 36 yaşlı argentinalı 2023-cü ilin iyununda MLS təmsilçisi "İnter Mayami"yə keçib.(Report)

0.24600315093994