“Ford” 100 mindən artıq avtomobilini geri çağırır

 

ABŞ mərkəzli “Ford Motor” şirkəti 112 965 ədəd “F-150” model avtomobilini geri çağırır.

 CNN xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

ildirilir ki, geri çağrılmaya səbəb sözügedən avtomobillərin arxa ox qovşağının boltunun qırıla biləcəyi ehtimalıdır. Bu da dayanacaq əyləci çəkilmədən dayanarkən avtomobilin yuvarlanmasına və ya sürücü gücünün itirilməsinə səbəb ola bilər ki, nəticədə qəza riski artar.

Geri çağrılmanın 2021-2023-cü il istehsallı “F-150” modellərinə şamil olunacağı deyilir.  

Könül
Ölkə.Az

 

 

0.088308095932007