Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.
Demokratikmusavat.com bildirir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10 %-i qədər, 2-ci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20 %-i qədər, 3-cü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40 %-i qədər olacaq.
Xatırladaq ki, bundan əvvəl maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6 %-i qədər idi.