Uşaqlar yola çıxmalı olur - icra başçısına müraciət - VİDEO

 

Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri rayonun icra başçısına müraciət edib.

“Ölkə.Az”ın məlumatına görə, müraciət qəsəbənin Əhməd bəy Ağayev küçəsi ilə bağlıdır.

Bildirilir ki, sözügedən küçə işıqlandırılmadığından axşam saatlarında avtomobil yollarında təhlükəli vəziyyət yaranır. Eləcə də, qarajlar binaətrafını zəbt etdiyindən həmin ərazidə yaşayan uşaqlar oynamaq üçün yola çıxmalı olur. Şikayətin davamında isə binaların ⁠alt mərtəbələrinin pəncərələri qarşısındakı çəpərlərin səkiləri zəbt etdiyi, yolun asfalt örtüyünün təmir edilmədiyi deyilir.

“Sanki keçən əsrin 90-cı illərinə qayıtmışıq”, - deyə sakinlərdən biri qeyd edir. 

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.

Könül
Ölkə.Az

P.S.: Yada salaq ki, bu ilin may ayında Hövsan yolunda 3 nəfərin faciəvi ölümü ilə nəticələnən qəza baş verib. Ana, nənə və nəvənin həyatını itirməsi ilə sonlanan hadisənin baş verib. Ərazidə yaşayan insanlar bunun səbəbi kimi yolun qaranlıq olmasını göstərib. Bir çox yerli mətbu orqanlarında da qəza küçənin qaranlığa qərq olması ilə əlaqələndirilib.

 

 

0.11443018913269