"F-16" danışıqları BAŞA ÇATDI: Ankara Vaşinqtondan nələri gözləyir?

 

"Türkiyə ABŞ ilə "F-16 Block 70" döyüş təyyarələrinin alınmasına dair danışıqları başa çatdırıb".

"Ölkə.az" xəbər verir ki, bunu "CNN Türk"ə Türkiyənin milli müdafiə naziri Yasar Gülər bildirib.

O deyib ki, iki ölkə arasında aparılan dialoqun nəticələrinə əsasən müsbət qərarın veriləcəyi gözlənilir.

Gülər, danışıqlardan sonra prosesin ən qısa zamanda başlayacağına ümid etdiyini bildirib:

"Ankara ABŞ-dan təkcə 40 döyüş təyyarəsi almağı deyil, həm də bu yardımla mövcud təyyarələri modernləşdirməyi gözləyir".

Nazirin sözlərinə görə, satınalmalar kontekstində müttəfiqlərin bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməməsi vacibdir.

Gülər ​​ABŞ-dan Türkiyənin qlobal və regional rolunu, həm də gücünü qiymətləndirməsini gözləyir.

0.13498210906982