Əsas istehsalçı ölkələrdəki siyasi qeyri-müəyyənlik fonunda "Brent" markalı neft bahalaşıb.
"Ölkə.Az"ın məlumatına görə, "Brent" fyuçerslərinin qiyməti mayın 10-dan bəri ən yüksək həddi olan 84,30 dollara çatdıqdan sonra 0,1 dollar və ya 0,1% bahalaşma ilə bir barel üçün 84,08 dollar həddində qərarlaşıb.
ABŞ-ın Qərbi Texas neftinin (WTI) iyun fyuçersləri isə mayın 1-dən bəri ən yüksək göstəricisi olan 80,23 dollar/barelə yüksəldikdən sonra 80,01 dollara enib.
Bahalaşmaya səbəb isə İran prezidentinin helikopter qəzasında ölməsi və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın kralın sağlamlıq problemlərini əsas gətirərək Yaponiya səfərini ləğv etməsi olub.
Könül
Ölkə.Az
İran prezidentinin helikopter qəzasında ölməsindən və Səudiyyə vəliəhdinin kralla sağlamlıq problemlərini əsas gətirərək Yaponiya səfərini ləğv etməsindən sonra əsas istehsalçı ölkələrdəki siyasi qeyri-müəyyənlik fonunda Brent markalı neftin fyuçersləri bazar ertəsi qazanclarını artırıb.