Britaniyanın fəxri konsulu qaçırılıb

 

Böyük Britaniyanın Quayakildəki fəxri konsulu və tanınmış iş adamı Kolin Armstronq Ekvadorda qaçırılıb.

Bu barədə "El Universo" qəzeti məlumat yayıb.

Məlumata görə, oğurluq şənbə günü səhər tezdən Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi “X” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, sübh tezdən Los Riosda iş adamına qarşı törədilmiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir.

Yerli mətbuatın məlumatına görə, konsulla birlikdə onun həyat yoldaşı da qaçırılıb.(Report)

 

0.14911413192749