Azərbaycan millisinin yeni baş məşqçisi yerli mütəxəssis olmayacaq.
Sportal.az xəbər verir ki, AFFA yığma komandanın baş məşqçi postuna azərbaycanlı məşqçini gətirmək variantından imtina edib.
Belə ki, qurum A millini Qurban Qurbanova tapşırmaq istəyib.
Bu istəkləri baş tutmadıqdan sonra federasiya milliyə əcnəbi mütəxəssisi gətirmək qərarını verib.