ABŞ-ın Suriyadakı bazaları raket atəşinə tutulub

 

ABŞ-ın Suriyadakı iki bazası raket atəşinə tutulub.

Bu barədə Rusiya mətbuatı yerli mənbələrə istinadən xəbər verib.

Belə ki, Suriyanın şimal-şərqindəki Əz-Həsəkə şəhərindəki Əl-Zəxriyə hava limanındakı Amerika bazası raket atəşinə məruz qalıb. Raketlərin əksəriyyəti bazaya düşüb.

ABŞ-ın Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağındakı bazası da atəşə məruz qalıb. Yatağın ərazisinə dörd raket düşüb.

 

0.12504291534424