Ziyalılar Elm və Təhsil nazirinə müraciət etdi - Müəllimlərin təhqirilə bağlı

 

Təhsil sahəsinə rəhbərlik edən şəxs müəllimi təhqir etməməlidir, cənab nazir!

Cənab Nazir Emin Əmrullayev!

Sizə bildiririk ki, son zamanlar bəzi regional təhsil idarələrinin rəhbərləri, təhsil sektorunun müdirləri, məktəb direktorları sanki müəllimlərlə təhqir dililə danışmaq xəstəliyi tutublar. Müəllimlərlə, şagirdlərlə, hətta valideynlərlə söyüşlə, təhqirlə danışırlar.

Bu, sarsıntı keçirən hər bir insanın əsəb sisteminin sıradan çıxması və aqressiv hərəkətlərin aydın təzahürüdür.

Bu, ilk növbədə, Təhsil sistemində rüşvətxorluğun, korrupsiyanın, əxlaqsızlığın və digər mənfi halların geniş yayılmasının nəticələridir.

Cənab Nazir, ölkənin təhsil sistemində mövcud olan və getdikcə dərinləşən bu cür mənfi halların qarşısını təcili alın, nazir kimi bu cürnhalların qarşısını almağı bacarmırsınızsa, o zaman istehfa verin!

Əks təqdirdə, çox pis formada hörmətdən düşəcəksiniz!

Hörmətlə, ölkənin bir qrup müəllimləri:

Zahid Atakişiyev, Adil Kərimov, Zibeydə Xəlilova, Şahlar Əsgərov, Mirvari Əliyeva, Ramin Ələsgərov və başqaları

0.14416289329529