Aydın Talıbov yeni vəzifəsinin icrasına başladı

 

Veysəloğlu Şirkətlər Qrupunda baş icraçı direktor vəzifəsində dəyişiklik olub.

Ölkə.Az xəbər verir ki, şirkətlər qrupunun təsisçisi Aydın Talıbov baş icraçı direktor vəzifəsinin icrasına başlayıb.

Daha əvvəl bu vəzifəni tutan Burak Dəniz işdən ayrılıb.

Xatırladaq ki, A.Talıbov həmçinin “Sirab” ASC və “Badamlı Mineral Sular” MMC şirkətlərinin də təsisçilərindəndir.

Qeyd edək ki, şirkətin elanına əsasən, Burak Deniz bu vəzifəyə cari ilin fevral ayında təyin edilib.

Aydın Talıbov hazırda dövlət qeydiyyatında olan “Veysəloğlu Qrup” MMC-nin qanuni (İdarə Heyətinin sədri) təmsilçisidir.

0.15499186515808