Mbappe ilə bağlı razılığa gəldilər

 

Paris Saint-Germain və “Real Madrid” hücumçu Kilian Mbappenin transferi ilə bağlı razılığa gəlib.

Bu barədə “Sport.fr” məlumat yayıb.

Hücumçunun İspaniya klubunda illik 35 milyon avro maaş alacağı qeyd olunur.

“Real Madrid” artıq 2022-ci ilin yazında Mbappeni transfer etməyə çalışıb. Ancaq sonradan hücumçu PSJ ilə müqaviləsini uzadıb.

Mbappe 2018-ci ildən PSJ-nin rənglərini qoruyur. Onun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

 

0.13957095146179