İsrail-HƏMAS müharibəsində 61 jurnalist ölüb

 
Oktyabrın 7-dən İsraillə HƏMAS arasında başlanan  müharibə zamanı azı 61 jurnalist həlak olub. 
 
Ölkə.Az xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi məlumat yayıb. 
 
Dekabrın 1-nə olan məlumata görə, müharibə zamanı 54 fələstinli, 4 israilli və 3 livanlı jurnalist öldürülüb. 11 media işçisi yaralanıb, üç nəfər itkin düşüb. 19 jurnalist həbs edilib. Bundan əlavə olaraq jurnalistlərin hücumlara, təhdidlərə, kiberhücumlara, senzuralara məruz qalması  və ailə üzvlərinin öldürülməsi faktları qeydə alınıb. Dekabrın 1-də “Əl-Əqsa” telekanalı  və “Anadolu”nun əməkdaşları öldürülüb. Noyabrın 24-də atəşkəsin başladığı gün  isə “Əl-Əqsa”nın jurnalisti öldürülüb. 
 
İsrail Müdafiə Nazirliyi bunudigər  faktlarla yanaşı, həm də  HƏMAS-ın hərbi əməliyyatları jurnalistlərə və mülki şəxslərə yaxın həyata keçirməsi ilə izah edib.
 
Mürtəza
Ölkə.Az

0.16276407241821