Moskvada azərbaycanlılara məxsus bazarın yanma SƏBƏBİ

 

Azərbaycanlılara məxsus Moskva bazarında baş verən yanğının mümkün səbəbi müəyyənləşib.

Ölkə.Az  “kp”yə istinadən xəbər verir ki, ilkin məlumata görə, Moskvanın “Sadovod” bazarında baş verən yanğına səbəb naqillərin qızması nəticəsində baş verən qısaqanma ola bilər.
Bazarda yanğın noyabrın dekabrında səhər saatlarında baş  verib və yanğın 600 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 170-dən çox mütəxəssis və 48 texnika cəlb olunub. 

Sadovod bazarı azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyev tərəfindən təsis edilmiş “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazini tutur və 9,5 min mağazanı əhatə edir. “Sadovod” bazarı ildə təxminən 36,5 milyon müştəriyə xidmət edir.

Mürtəza
Ölkə.Az

0.12591004371643