Ehtiyatsızlıq: 450 nəfər qorxulu xəstəliklərə yoluxdu

 

ABŞ-da müalicə alan təxminən 450 xəstə venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən hepatit və HİV-ə məruz qalmış ola bilər.

ABŞ-ın Massaçusets ştatındakı Salem xəstəxanasında müalicə alan təqribən 450 xəstə venadaxili dərmanların düzgün verilməməsi səbəbindən vəfat edib.

"Bu ilin əvvəlində biz öyrəndik ki, az sayda endoskopiya xəstəsi venadaxili dərmanların düzgün qəbul edilməməsi səbəbindən infeksiyaya məruz qala bilər", - xəstəxananın açıqlamasında deyilir.

Xəstəxana işçiləri dövlət səhiyyə orqanları ilə əlaqə saxlayıb və bildiriblər ki, xəstələrin hələ də yoluxduğuna dair dəqiq dəlil yoxdur. Risk altında olan xəstələr 14 iyun 2021-ci il və 19 aprel 2023-cü il tarixləri arasında müalicə olunublar. Sözügedən xəstələrdən biri olan Geoff Millar, xəstəxananın yardım xəttinə zəng etdiyini və birdəfəlik istifadə olunan avadanlıqdan ikinci dəfə istifadə edildiyini söyləyib.(Publika.az)

 

0.129319190979