Əlixan Rəcəbov: “Bir neçə il iş tapmaqda çətinlik çəkmişəm” - VİDEO

 

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışının qonağı aktyor, rejissor Əlixan Rəcəbov olub.

O, yaradıcı işlə məşğul olmağa başlamazdan əvvəl keçdiyi mərhələdən danışıb:

“Biləcəridə böyümüşəm. Bir neçə il iş tapmaqda çətinlik çəkmişəm. Elə olub ki, iş tapmışam, iki-üç ay bir şirkətin hesabatını aparmışam. Sonra başa düşmüşəm ki, burada otura bilmirəm, həzz aldığım işlə məşğul olmaq istəyirəm. Nəhayət, yeddi ildən sonra özümü tapdım”.
Ə.Rəcəbov ən uğursuz hesab etdiyi layihəsinə də aydınlıq gətirib:

“Ən uğursuz layihəm “Qənimət” idi. Bu filmi çəkəndə məndə narkotikə qarşı müəyyən fikirlər formalaşmışdı. Onda bir neçə mövzunun qarışığı var idi və əslində, janr olaraq mənlik deyildi. Həmin filmi çəkdim və başa düşdüm ki, bunu bir də təkrarlamayacağam”.

Ətraflı Baku TV-nin süjetində:

 

0.1633038520813