Rusiya Baş naziri Əli Əsədovu təbrik edib

 

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş Naziri Əli Əsədov arasında telefon danışığı olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini də müzakirə ediblər", - məlumatda deyilir.

Telefon danışığında MDB məkanında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Əli Əsədovun 67 yaşı tamam olub.

Elvin

Ölkə.az

0.12621712684631