Ceyhun Bayramov NATO nümayəndəsi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

 

30 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayılıb.
Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq məsələlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların perspektivləri müzakirə edilib.

Görüş zamanı Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov, 24 saatdan az müddətdə Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Javier Colomina ilə görüşüb

"Ölkə.az" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edib.

Bildirilib ki, Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlıq, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib.

0.14525389671326