Ermənistanda 7 məhbus müddətsiz aclıq aksiyası elan edib

 

Ermənistanda “Sevan” cəzaçəkmə müəssisəsinin 7 məhbusu müddətsiz aclıq aksiyası elan edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Penitensiar Müəssisənin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aclıq aksiyası məhbuslardan birinin daha əlverişli saxlanma şəraiti olan cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbini rədd edən komissiyasının qərarına etiraz olaraq elan edilib.

 

0.15798187255859