BQXK: HƏMAS girovları cəbhə xəttində yerləşdirib

 

HƏMAS-ın girovları Qəzza zolağında cəbhə xəttində saxlaması Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) işinə mane olur.

"Report"un məlumatına görə, bunu RBC-ya müsahibəsində BQXK-nın Yaxın və Orta Şərq üzrə regional əməliyyat fəaliyyəti departamentinin direktoru Fabrisio Karboni deyib.

"Vəziyyətin spesifikliyi ondan ibarətdir ki, girovlar döyüş meydanında, cəbhə xəttində saxlanılır. Bu, olduqca qeyri-tipikdir. BQXK-nın girovlara və ya əsirlərə baş çəkdiyi digər dünya münaqişələrinə nəzər salsanız, görərsiniz ki, onlar adətən döyüş meydanında saxlanılmır", - o deyib.

Onun sözlərinə görə, girovların döyüş meydanına salınması təşkilatın işini xeyli ağırlaşdırır, çünki bu, “təhlükəsizliklə bağlı çətinləşir”. Karboni həmçinin vurğulayıb ki, münaqişə tərəfləri adətən cəbhə xəttinə yaxın olduqda BQXK-ya giriş icazəsi verməyə daha az hazır olurlar.

0.13730216026306