Qadın ərini bir yumruqla öldürdü - Hindistanda

 

Hindistanın Pune şəhərində Renuka adlı qadın ərindən onu ad gününü qeyd etmək üçün Dubaya aparmasını istəyib. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, rədd cavabını alan qadın ərinin ölümünə səbəb olub.

Belə ki, Renukanın atdığı yumruqdan ağır qanaxma keçirən Nixil Xanna xəstəxanada ölüb.
Qətldə şübhəli bilinən qadın tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, inşaat sektorunda çalışan 36 yaşlı iş adamı Xanna 38 yaşlı Renuka ilə 6 il əvvəl ailə həyatı qurub.

Günay

 

0.17375612258911