Azərbaycan yığmasının yeni baş məşqçisinin adı gələn ilin yanvarından tez müəyyənləşməyəcək.
Ölkə.az xəbər verir ki, bu barədə sportinfo.az-a AFFA-dan məlumat verilib.
Redaksiyamıza bildirilib ki, Canni De Byazini əvəzləyəcək mütəxəssisin kimliyi ciddi sürətdə araşdırılacaq.
Artıq menecerlərlə bu istiqamətdə təmaslar başlayıb. İki ay ərzində sv-lər toplanacaq və 2 ay sonra (yanvarın axırı, fevralın əvvəli) müzakirəyə çıxarılacaq.
AFFA-nın baş katibi Sərxan Hacıyev dünən verdiyi açıqlamada da qeyd edib ki, yaxın 1-2 ay ərzində millinin baş məşqçisi ilə bağlı məsələ həllini tapacaq:
"Növbəti oyunumuz martda olacaq, o da yoldaşlıq görüşü xarakteri daşıyacaq. Həmin qarşılaşmadan bir neçə ay öncə baş məşqçi məsələsinin həllini tapması məqsədəuyğun olardı".
Milli assosiasiya rəsmisi İcraiyyə Komitəsinin iclasında müxtəlif fikirlərin səsləndirildiyini də diqqətə çatdırıb: Azərbaycanlı mütəxəssislərə üstünlük verilməsi haqqında fikir bildirənlər də oldu.
Bunun üçün işçi qrupu yaradılacaq. Orada həm İcraiyyə Komitəsi üzvləri, həm də kənardan mütəxəssislər cəlb olunacaq.
Baş məşqçi postuna namizədlər təklif olunacaq, sonda komitədə müzakirəyə çıxarılacaq"