Keçmiş rəhbəri “Akkord”u məhkəməyə verdi

 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə verilib.

“Ölkə.Az”ın məlumatına görə, Vəliyev Dərya Müsəllim oğlu korporasiya ilə bağlı məhkəməyə müraciət edib.

Mahiyyəti müqavilə tələbi üzrə əmr icraatı olan işə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, D. Vəliyev “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri olub.

Könül
Ölkə.Az

 

0.82035899162292