Spiker: ABŞ Senatı Azərbaycana qarşı qeyri-obyektiv sənəd qəbul edib

 

Çox təəssüf ki, son dövrlərdə Azərbaycana qarşı bir sıra qeyri-obyektiv qətnamələr qəbul edilib. Bir sənəd də ABŞ Senatı tərəfindən qəbul edilib.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Senatın aktında bölgədən könüllü getmiş ermənilərin zorla getdiyi iddia edilir: “Bu, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə ziddir”.

0.13290309906006