Əsas marağımız İrəvanla Bakının razılığa gəlməsidir - Toivo Klaar 

 

“Aİ kiminsə tərəfində olmaq məcburiyyətində deyil. Biz xüsusən də Prezident Mişel öz dostluq xidmətlərimizi təklif etmişik. Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığa gəlməkdir”. 

Ölkə.Az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Onun sonda harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir. Məsələ bundadır. Prezident Şarl Mişel mümkün qədər tez Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir və buna hazırdır. Tarixlər, əlbəttə ki, vacibdir. Lakin ən əsası irəli getməkdir və biz münasibətlərin real nizamlanması istiqamətində irəliləyişə təkan verməyə çalışaraq diqqətimizi məhz buna yönəldirik”, - Klaar bildirib.

O eyni zamanda hesab edir ki, hələlik iki ölkə arasında sülh nizamlanması istiqamətində ciddi nəticələr yoxdur: “Çünki qarşımızdakı masa üzərində olan məsələlər çox azdır. Hesab edirik ki, bu məsələlər çox müzakirə olunmalıdır. Beləliklə, biz həqiqətən də Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində çox sürətlə irəliləyə bilmədiyi üçün heç bir səbəb görmürük”, - deyə Klaar bildirib.

Mürtəza
Ölkə.Az

0.15396499633789