Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı növbəti görüş nə vaxt olacaq? - Qriqoryan

 

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələrinin sonuncu görüşü iyulun 12-də  baş tutub. 

Ölkə.Az xəbər  verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. 

Görüşün keçirilməməsi ilə bağlı məsələyə aydınlıq gətirən Qriqoryan deyib: “Son iclasda qərara alındı ki, prosessual məsələlər müzakirə olunmalıdır. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”.

Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağına gəldikdə isə baş nazirin müavini bildirib ki,  hazırda konkret  tarix deyə bilməz.

Mürtəza
Ölkə.Az

0.15696096420288