“Qız qalası” yenidən gündəmdə: bu dəfə Elmar Vəliyevin adını çəkdilər - FOTO

 

Görünüş Qız qalasına bənzəyən tikili bir neçə gündür, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, ictimai iaşə obyekti olduğu güman edilən obyekt insanlar arasında birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri arasında tikilini "aşağı büdcəli Qız qalası" adlandıranlar olub.
Obyektin səliqəli tikildiyini deyənlərlə yanaşı, bəziləri onun Qız qalası formasında olmasını düzgün hesab etmir.

Vətəndaşlar arasında tarixi abidələri yamsılayan bu cür tikililərə icazə verilməsinin doğru olmadığını deyənlər də var.
Sosial şəbəkə istifadəçiləri "Qız qalası"nın Gəncədə Elmar Vəliyevin icra hakimiyyəti başçısı olduğu dövrlərdə tikildiyini yazıblar.

Qeyd edilib ki, şəxsi həyətlərdə bu cür tikililərin olmasına icazə verilmir.

Xatırladaq ki, sözügedən tikili daha əvvəl də gündəmə gəlib və müzakirələrə səbəb olub.

Billurə

0.19026899337769