Frankofoniya təşkilatında növbəti Fransa və Ermənistan fiaskosu

 

Ermənistan və Fransa Beynəlxalq Frankofoniya təşkilatını (BFT) anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir.

“Report”un məlumatına görə, bu günlərdə, Fransanın təsisçisi olduğu Frankofoniya təşkilatının nazirlər görüşü Kamerunda öz işini yekunlaşdırıb.

Azərbaycanın sentyabr ayında həyata keçirdiyi anti-terror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa və Ermənistan təşkilatın bu iclasında da bəzi cəhdlər etsələr də, onların bu səyləri heç bir nəticə verməyib.

Kamerunda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibət Ermənistanın bu səylərinin uğursuz olacağını əvvəlcədən deməyə əsas verdi.

Bununla yanaşı, ötən ilin noyabr ayında Frankofoniya təşkilatının Tunisdəki sammitində, Azərbaycanın üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq, irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyətinin rədd edilməsi və qətnamə üzrə səylərin istənilən nəticə verməməsi Fransa və Ermənistanı Kamerunda bu kimi cəhdlərdən əl çəkməyə məcbur edib.

0.20736384391785