Ərdoğan CHP-nin yeni lideri ilə əl verib salamlaşdı

 

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Atatürkün anım mərasimində CHP-nin seçilən yeni lideri Özgür Özəllə əl verib salamlaşıblar.

Ölkə.Az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümündə Anıtkabirdəki mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi kortej, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Prezident kabinetinin üzvləri, CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Baxçalı, İYİ Partiya sədri Meral Akşener və digərləri iştirak edib.

Ərdoğanla görüşü haqqında danışan Özəl deyib ki, Prezident Ərdoğanı salamladıq və bir-birimizin əlini sıxdıq.

O eyni zamanda İYİ partiya lideri Meral Akşenərlə görüşə bilməsə də, MHP lideri Dövlət Baxçalı ilə görüşdüyünü də bildirib. 

Mürtəza
Ölkə.Az

0.12336397171021