Bakı Baş Gömrük İdarəsində məmur özbaşınalığına məruz qalan sahibkar cənab Prezidentə müraciət etdi - Müraciətin mətni

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevaya,
                        
Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;

Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Əli qızı Qafarovaya ;

Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə;
     
Surəti: Prezident Administrasiyasnın İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri
cənab Şahmar Mövsümova;

Sürəti: Azərbaycan Respublikasının İqdisadiyyat Naziri cənab Mikayıl Cabbarova;                     
                      
Surəti: Baş prokurorunun müavini Elmar Camalova;

Surəti: İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevə;

Sürəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin        
sədri cənab Şahin Bağırova

Hörmətli Cənab Prezident,

Bu məktubu Sizə ünvanlamaqla bildirmək istəyirəm ki, Bakı Baş Gömrük İdarəsində həmişə olduğu kimi, ara-sıra yumuşaldılmaqla, lakin yenədə sahibkar üzərindən süründürməçilik, bürokrattik əməllər, məmur özbaşınalığı və qanunsuz hərəkətlər davam edir.

Mən özümün “Lion Centre” MMC vasitəsiylə Azərbaycana qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən “EMPERO ENDÜSTRİYEL MUTFAK EKİP PAZARLAMA” müəsissəsindən sənayedə istifadə olunan bir neşə avadanlıqların alınması üçün rəsmi “KAPİTAL BANK” vasitəsi ilə pul köçürüb mallar alıb, idxal etdim. Həmişəki kimi, uzun bir yol gələn 3000 (üç min) kilometr yolu sağ-salamat gələn mallarım Bakı Baş Gömrük İdarəsinin həyətinə daxil olana kimi İpək Yolu terminalına girərkən mallarımın bir hissəsi demək olar ki, buraxılır, dirəg bir hissəsinin buraxılması isə məmur özbaşınalığına və süni yaradılan əngələrlə üzləşib (batır)!

Hörmətli Cənab Prezident,

Bakı Baş Gömrük İdarəsinin yeni təyin olunan rəisi Elmir Ramazanov həmişəki kimi, vəzifəsindən sui-istifadə edir, mənimlə prinsip aparır, əlində olan dövlət resurslarından istifadə edərək, ya malların qiymətini qanunsuz olaraq, şişirdir. Bu alınmayanda da malların təsnifat kodunu dəyişməyə çalışır. Bu dəfə qardaş Türkiyə Respublikasından rəsmi olaraq gətirdiyimiz “EMPERO ENDÜSTRİYEL” müəsisəsinin istehsal etdiyi «Elektrikli Rational 10 Podnuslu Soba» avadanlığının XİFMN-nin kodunu qanunsuz olaraq dəyişməyə əl atıb. Elmir Ramazanovun rəhbərlik etdiyi idarədə yaratdığı qrupa daxil olan Nərgiz Həmidova və Nazim Məmmədli adlı əməkdaşlar da ona bu işdə dəstək olaraq, sahibkara təhziq edirlər, vəzifə təlimatlara riayət etmir, bürokrat əngəllə məşğul olurlar. Bu da öz növbəsində ölkəmizdə sahibkarlığın inkişafına bir başa mənfi təsir edən amillərdən biridir.

Hörmətli Cənab Prezident,

Elmir Ramazanovun rəhbərlik etdiyi qrupa daxil olan Nərgiz Həmidova bu dəfə qabağa düşdü və gətirdiyimiz çörək və bulka bisirilməsi üçün sanyedə istifadə olan avadanlığın kodunu dəyişməyə gömrük rüsümünu 15% dərəcə ilə hesablanmasına göstəriş verdi. Mən təbbi ki, belə məmur özbaşınılığını gördüm və bununla razılaşmadım və Türkiyə Respublikasından bizim idxalla əlaqədar bütün tələb olunan müvafiq sənədləri (məişə sertifikatını, ixrac bəyannaməsini) gömrük orqanına təqdim etmişdim. Lakin bu sənədlərə baxan yoxdur. Bu gün qardaş Türkiyə ilə məlumatların mübadiləsi cox asandır və tam təkmilləşib.
Nərgiz Həmidovaya dəfələrlə bildirdim ki, özləri Türkiyəyə sorğu göndərsinlər və bir gün ərzində dəqiq məlumatları istehsalçı özü birbaşa sorğuya cavab verəcək. Lakin dediklərim Nərgiz Həmidovaya sərf eləmədi, ona görə ki, malın kodu ixrac bəyannaməsində yazıldığı kimi 851439 olacaqdı və bu da Nərgiz Həmidovaya və onun rəhbəri Elmir Ramazanova qanunsuz əməllərini həyata keçirməyə imkan verməyəcəkdi.

Hörmətli Cənab Prezident,

Hesab edirəm ki, bu cür qanunsuzluqlar təkcə mənim mallarımın qəbulunda yox, bütün sahibkarların mallarına tətbiq olunur. Ümumiyyətlə, malların gömrük rəsmiləşməsindən keçirilməsi üçün mövcud gömrük qanunvericiliyinin tələblərini bilmək problemi yaşanır, ya da həmin qanunları öyrənmək və əməl etmək çətinliyi mövcuddur. Əminəm ki, "Gömrür haqqında" ölkə qanunvericiliyi tam mükəmməl hazırlanıb, sadəcə həmin qanunları vicdanla icra etmək qalır. Təəssüflə  bildirim ki, hazırda Bakı Baş Gömrük İdarəsində işləyən məmurların bəziləri, başda rəis Elmir Razamazov, Nazim Məmmədli və Nərgiz Həmidova olmaqla, qəsdən özlərini ölkəmizin gömrük qanunvericiliyindən xəbərsiz kimi aparırlar. Təkrar qeyd edirəm ki, Türkiyə Respublikasından idxal etdiyim “EMPERO ENDÜSTRİYEL” müəsisəsinin istehsal etdiyi «Elektrikli Rational 10 Podnuslu Soba» avadanlığının XİFMN-nin kodu 851439 müvafiq sənədlər üzrə (Türkiyə Respublikasının verdiyi ixrac bəyannaməsi) Azərbaycan ərazisinə daxil olub, həmin kod Azərbaycan Respublikasının Nazirlər Kabinetnin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən, 0% dərəcəsilə hesablanır. Lakin qanunçuluğa baxmayaraq, Elmir Razmazanov və onun tabeliyindəki işçilər Nazim Məmmədli, Nərgiz Həmidova, Agil İbadov və Nurlan Yaqubov müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, öz vəzifə səlahiyyətlərini aşaraq, tutduqları vəzifədə üzərlərinə düşən işləri vicdanla yerinə yetirmir, sahibkarlıq mallarımı gömrük rəsmiləşdirməsindən keçirmək işində qanuni işlə deyil, özfəliyyətlə məşğuldurlar! Adlarını yuxarıda qeyd etdiyim gömrük işçilərinin qanunsuz hərəkətlərinin məqsədi odur ki, hər vəchlə malların gömrükdən keçməsinə imkan verməsinlər.

Hörmətli cənab Prezidet,

Elmir Razmazanov kimi gömrük işçilərinin qanunsuz hərəkətləri ilk növbədə Sizin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi sahəsində apardığınız siyasətə mane olurlar. Bakı Baş Gömrük İdarəsində yüksək vəzifədə çalışan Elmir Ramaznovun qanunsuz əməlləri tək bunlarla bitmir. Məndə olan məlumata görə, Elmir Ramazanov tərəfindən həyata keçirilən qanunsuzluqların törədilməsi şəxsi marağa xidmət edir və mütəmmadi xarakter daşıyır. Tək bir epizodda baş verən qanunsuzluğu göstərmək  kifayətdir ki, Elmir Razmazanovun qanunsuz əməlləri ifşa olunsun. Sahibkarlar arasında gedən müzakirələrdə gömrükdə qanun pozuntusu ilə məşğul olan Elmir Razmazanovun özünə yaxın admlara şərait yaratması tez-tez vurğulanır ki, ölkə ərazisinə xaricdən idxal edilən boyalar üçün müvafiq gömrük qanunvericiliyində nəzərdə tutulmuş 15% gömrük rüsumu əvəzinə həmin yaxın adamlardan rüsum 5% tutulur. Bu da gömrükdən büdcəyə daxil olan gəlirlərin azalmasına səbəb olur. Düşünürəm ki, E. Ramazanov yaxın adamlarının boyalarının 15 faiz deyil, 5 faiz gömrük rüsumu tutması hesabına yaratdığı büdcə kəsirini mən və mənim kimi digər müdafisiz sahibkarlardan və iş adamlarından artıq tutulan pul vəsaitlərilə əvəz etməklə qazanc əldə etməklə məşğuldur.

Hörmətli Cənab Prezident,

Belə qanunazidd əməllərlə məşğul olan Elmir Ramazanov kimi vəzifəli şəxslər heç bir əsas olmadan 23.10.2023-cü il tarixdə “Lion Centre” MMC-lə bəyan etdiyim 0123100418424 saylı bəyanaməni Bakı Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinə yönəldib. Bu əsassız hərəkətə görə, narazılığımı bildirdim, izahat yazdım və təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb, haqqımı tələb etdim. Təkrar ekspertiza keçdikdən sonra birinci ekspertiza rəyindən tam fərqli, yenə də gülməli və biyabırçı hal ortaya çıxdı. Mərkəzi ekspertiza mənə şifahi bildirdi ki, 841981 kodunu təhqiqat şöbəsinə rəyə veriblər. 841981 kodu altında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda belə ifadə olunub: "İsti içkilərin hazırlanması və ya yeməklərin qızdırılması, həmçinin qəhvədanlar və digər isti içkilərin hazırlanması üçün digər qurğular". Bu, çox böyük biyabırçılıqdır, savadsızlıq və məmur özbaşınalığıdır.

Hörmətli Cənab Prezident,

Türkiyə Rspublikasının istehsalatçısı olan “EMPERO ENDÜSTRİYEL” müəsisəsinin istehsal etdiyi «Elektrikli Rational 10 Podnuslu Soba» avadanlığına rəsmi sənədlə verdiyi kod 851439-dur, bu kod altında göstərilib ki, şörək bişirmə və qənnadı sobalar: indiksiya hadisəsi və ya dielektrik itkiləri əsasında işləyən sobalar və kameralar: digər sobalar və kameralar. Düşünürəm ki Elmir Ramazanov öz dəstəsinin pis və çətin durumda qalmaması üçün mərkəzi gömrük ekspertiza idarəsinədə nəsə bir söz deyib və ya nəsə söz verib ki, təki sahibkar günahkar çıxsın, sahibkar təzyiq altında qalsın və növbəti qanunsuz əməlini rahat və müqavimətsiz həyata keçirə bilsin...

Hörmətli cənab Prezident,

Yuxarıda göstərilənləri nəzərə alaraq, bu məsələ ilə əlaqədar yaranmış neqativ halların aradan qaldırılması ilə əlaqədar qanuni tədbirlərin görülməsi ilə bağlı Respublikanın  müvafiq İcra Hakimiyyəti orqanlarının və hüquq mühafizə orqanlarının rəhbərlərinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Sizə bildirirəm ki, biz sahibkarların yeganə ümidi Sizsiniz, biz Sizə inanır, güvənir, bundan sonra da inanmağa və güvənməyə davam edəcəyik.

Hörmətlə, “Lion Centre” 
MMC direktoru Ramil Aslanov

0.23346090316772