Benni Qantz fələstinlilərə müraciət etdi

 

İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hallar hökumətinin hazırkı üzvü Benni Qantz Qəzza ilə sərhəddə yerləşən yaşayış məntəqələrini ziyarət edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Səfər zamanı o, Qəzza zolağında yaşayan fələstinlilərə müraciət edib.

“Yəhya Sinvar və Məhəmməd Deif öz qatil ideologiyaları ilə həyatınızı cəhənnəmə çevirərək başınıza fəlakət gətirdilər. Həyata dəyər verirsinizsə, cənuba köçün. Bu canavarlar üçün canlı qalxan olmayın”, - o, müraciətində deyib.

Qeyd edək ki, İsrail ordusu Qəzzanın şimalına girməyə hazırlaşır və sakinlərdən cənuba köçməyi tələb edir.

0.15883183479309