Elmira Süleymanova əməliyyat olundu - "Yaxşı deyiləm"

 

"Səhhətimdə problem var, əməliyyat olunmuşam".

Bunu "Report"a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: "Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq".

Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: "Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam".

Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.

0.12071800231934