“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, ölkədən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:
“Onlar da müntəzəm reyslərlə ölkəyə gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.
A.Hacızadə qeyd edib ki, İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir.
O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır:
“Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir”.
A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.