Rusiya və İran Qarabağı müzakirə ediblər 

 

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian rusiyalı həmkarı Sergey Lavrov ilə müxtəlif regional və ikitərəfli məsələlər ətrafında danışıqlar aparıb. 

“Ölkə.Az” xəbər verir ki, danışıqlar Nyu-Yorkda  BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində baş tutub.

Xarici işlər orqanlarının rəhbərləri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda və Qarabağda vəziyyətin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Mürtəza
Ölkə.Az

0.12330389022827