"Səyyar qəbul otağı" Qax sakinlərinin ixtiyarında oldu

 

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla növbəti görüşü Qax rayonunda baş tutub. Aksiya zamanı sakinlərin qaz təsərrüfatı ilə bağlı problem və təklifləri dinlənilib. Mahir Şıxamirovun müraciəti ona məxsus həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Səməd İsmayılovun müraciəti isə qapı keçidinin quraşdırılması ilə bağlı olub. Bundan əlavə görüş zamanı fərdi qazlaşma, küçə qaz xəttinin çəkilişi ilə bağlı müraciətlər də səsləndirilib. Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin məsul şəxsləri tərəfindən ünvanlanan hər bir müraciət dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.

"Demokratikmusavat.com"

2.0024199485779