Azərbaycan tərəfi hər şeyi düzgün edir – Rusiyalı ekspert

 

“Azərbaycan tərəfi hər şeyi düzgün edir. Müdafiə Nazirliyi Qarabağdakı erməni mülki vətəndaşlarından qanuni hərbi hədəflərdən uzaq durmağı xahiş edib və hətta onların təxliyəsi üçün dəhlizlər yaradıb”. 

Ölkə.Az xəbər verir ki, bunu Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov “Кавбюро”ya deyib.

O qeyd edib ki, qadınlara, uşaqlara, qocalara, habelə sağlamlıq imkanları məhdud və xəstələrə lazımi tibbi yardım göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar: “Bununla da Azərbaycan beynəlxalq humanitar hüquqa riayət edir.

Qarabağda baş verənlərə görə tam məsuliyyəti Ermənistan tərəfi daşıyır. İrəvanın sülh müqaviləsi imzalanacağına dair bütün vədləri əsassız çıxdı.

Bakı yəqin ki, artıq Rusiya sülhməramlılarını əmin edib ki, Qarabağda yalnız qanunsuz hərbi birləşmələrin obyektləri məhv ediləcək”.

Miri
Ölkə.Az

0.15253710746765