Kreml: Qarabağda vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik

 

Qarabağda vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik. 

“Ölkə.Az” xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  Ermənistanın baş nazirinin Rusiya sülhməramlı kontingentinin Qarabağda tapşırığın öhdəsindən gəlməməsi barədə bəyanatını XİN-in necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

O deyib ki, razılaşdırılmış hər şeyi yerinə yetirmək, vəziyyəti təhrik etməmək, onu sakitləşdirmək və həll etmək üçün çalışmaq, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından məsuliyyətli olmaq lazımdır.

O əlavə edib ki, Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsi bizi də narahat edir.
“Azərbaycan silahlı qüvvələrinin Bakının  bəyan etdiyi  kimi regionda antiterror tədbirləri və yerli erməni silahlı birləşmələrinin cavab tədbirləri ilə bağlı əməliyyata başlaması barədə məlumatlar var. Rusiya tərəfi münaqişə tərəflərini qan tökülməsini dayandırmağa, hərbi əməliyyatları dərhal dayandırmağa və siyasi və diplomatik həll yoluna qayıtmağa çağırır”.

Mürtəza
Ölkə.Az

0.16851401329041